Gündəm

“Məni şalvar geyinməyə qoymadı, qısa ətəyə keçdim”

“Atam məni şalvar geyinməyə qoymurdu. Deyirdi ki, “Qız hara, şalvar hara, olmaz”.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər-ertəsi” verilişində deyib.

O, bu qadağadan çıxış yolunu qısa ətəkdə gördünüyü bildirib:

“Mən nə etdim? Qısa ətək geyindim. Atam da səhər xəbərlərə baxırdı. İki-üç dəfə qarşısından keçdim. Dördüncü dəfə gözü ətəyimə sataşdı və soruşdu ki, “Bu nədir ay qız?”. Cavab verdim ki, şalvar demisən olmaz. Mən də belə qısa ətək geyinib məktəbə gedirəm. Bəzən ana da qızına dəstək verməlidir. Dedi ki, “Ay kişi, qız soyuqdan donur, qoy şalvar geyinsin. Belə ətəklərdənsə, şalvar daha abırlıdır”. O gündən sonra mən şalvar geyinməyə başladım”.

Back to top button