Türkiyənin məşhur müğənnisi Serdar Ortaç “YouTube” platformasında yayımlanan “Serbest vuruş” adlı proqramın qonağı olub.
Titul.az-a istinadla xəbər verir ki, sənətçi indiyədək qumarda uduzduğu məbləği dəqiq bilmədiyini, ancaq 10-15 ev, 1 göydələn uduzduğunu deyib.
Qeyd edək ki, qumardan və spirtli içkidən uzaqlaşdığını bildirən Serdar Ortaç MS xəstəliyi ilə mübarizə aparır.
Xatırladaq ki, Serdar illər öncə mərhum Əməkdar artist Baloğlan Əşrəfovun repertuarından bir neçə mahnı ifa etməklə də Azərbaycanda tamaşaçı kütləsini xeyli artırmağı bacarıb.