Saturday, November 30, 2024

Latest Posts

Soğanı ağlamadan necə doğramaq olar? – Maraqlı üsullar

Tanınmış aşpaz Erika Vides soğan doğrayarkən göz yaşı tökməməyin sirlərini bölüşüb.

BiG.AZ lent.az-a istinadən bildirir ki, göz yaşına səbəb soğan hüceyrələri zədələndikdə ayrılan fermentlər və sulfen turşulardır və onlar propanetial S-oksid əmələ gətirir. Gözün selikli qişası ilə qarşılıqlı əlaqədə olan bu oksid kükürd turşusuna çevrilərək qıcıqlanma və göz yaşlarına gətirib çıxarır.

Bu təsiri minimuma endirmək üçün soğanı kəsmədən əvvəl bıçağı hərtərəfli itiləyin. Hüceyrə zədələnməsini və qıcıqlandırıcı maddələrin sərbəst buraxılmasını azaltmaq üçün soğanı irəli və aşağı hərəkətlə kəsin.

Bundan əlavə o da qeyd edilib ki, soğanı doğramamışdan əvvəl soğanı soyuducuda saxlamaq məsləhətdir. Başqa bir üsul isə kontakt linza taxmaqdır.

Latest Posts

Don't Miss