Şou- biznes

Gərginlik PİK HƏDDƏ: Vəfa və Şəbnəm məhkəməlik oldu- GÖRÜN NƏ SƏBƏBƏ

Müğənni Şəbnəm Tovuzlu ilə həmkarı Vəfa Şərifova arasında “Cənnətimsən” adlı mahnıya görə qalmaqal böyüyür.

Referans.az xəbər verir ki, mahnının müəllif hüquqlarının pozulması uğrunda başladılan savaş şou – biznes gündəminin müzakirə edilən əsas mövzularından birinə çevrilib.

 

Şəbnəm Tovuzlu bu haqda saytımıza verdiyi açıqlamada bildirib ki, “Cənnətimsən” mahnısının bəstəkarı Arzu Məmmədovadır:

“Bu mahnını Arzu Məmmədova birinci mənə satıb. Daha sonra onun həyat yoldaşı Tural bəy bu işdən xəbərsiz halda, bilmədən eyni mahnını Vəfa Şərifovaya satıb. Daha sonra həyat yoldaşının mahnını satdığını bilən Tural Vəfaya yığıb deyib ki, bu mahnını Arzu Şəbnəmə satıb, oxuma, bilməmişəm. Bunu görən Vəfa Şərifova mahnın gecəylə aranjeman etdirib, paylaşıb. Türkiyədə MESAN adlı məslək birliyi var. Bəstəkarların, söz yazarlarının müəlliflik hüquqlarını tanıyır və digital, “YouTube” üzərindən qoruyur. Vəfanın “YouTube” işlədəni Nadir adlı şəxs də bu platformanın üzvüdür, halbuki heç nə bəstələmir, yazmır. Mən mahnını platformaya Arzu xanımın bəstəkar kimi adının qeydə alınması və hüquqlarının tanınması üçün göndərəndə məlumat gəldi ki, mahnı bir gün öncə Nadir Kərimov adından qeydiyyata alınıb. Deməli, Vəfa Şərifova görüb ki, mən bu mahnını oxumuşam, tez mahnının söz və bəstəsini Nadirin adına qeydiyyatdan keçirib. Guya ki, Nadir mahnının müəllifidir, bəstəkar şairdir. Mənim mahnımı vura bilər, amma, Vəfa yaxşı bilir ki, Turaldan aldığı 6 mahnı oxuyub, mənim mahnımı vursa, Tural da “YouTube” də olan mahnılarını bloklayacaq. Ona görə də edə bilmir”.

Şəbnəm Tovuzlu bildirib ki, Vəfa və Nadir saxtakarlıq edib, mahnını adlarına keçiriblər: “Müəllif onu polisə şikayət edib, Nadir izahatında qeyd edib ki, mənim heç bir günahım yoxdur. Vəfa xanım dedi ki, bu mahnını keçirt öz adına, sonra da mənim adıma keçirərsən”.

Müğənni bildirib ki, mahnının müəllifi Arzu Məmmədova Vəfa Şərifovanı məhkəməyə verəcək: “Bu məsələdən 3 -4 gün sonra Nadir MESANa müraciət edib ki, mahnını Vəfa Şərifovanın adına qeyd etdirmək istəyib. Hər şeydən öncə 4 ay əvvəl Tural özü bu mahnın oxuyub, yayımlayıbmış. Bu da bir sübutdur ki, Vəfa Şərifova sözügedən mahnı sənin deyil. Mən mahnını oxuduqdan sonra VəfaTurala səs atlb ki, mahnını fırlat mənə”.

Back to top button