ATV-də yayımlanan “Zaurla Günaydın” verilişində gərgin anlar yaşanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa Ülviyyə Əliyeva üçün gözlənilməz hadisə olub. Verilişə qonaq olan aktrisa keçmiş əri, aktyor Hüseyn Əlili və onun arvadı Gültac Əlili ilə üz-üzə gəlib.
Proqram boyunca aktyorların bir-biri ilə üz-üzə gəlməməyə çalışması, danışmaması diqqətdən qaçmayıb.
Qeyd edək ki, Ülviyyə Hüseynlə olan ailəsini bir vaxtlar rəfiqəsi olan Gültacın dağıtdığını demişdi. Hazırda Ü.Əliyeva başqa şəxslə ailəlidir. Hüseyn və Gültac cütlüyünün isə 2 övladı var.