Saturday, November 30, 2024

Latest Posts

Bir vaxtlar ayaqqabısından içki içirdilər, indi isə muncuq satır – FOTOsu

Bir vaxtlar Türkiyədə Yeşilçamın ulduzlarından olan Serpil Örümcer hazırda səfil həyat sürür.

Ölkə.Az “hürriyet”ə istinadla xəbər verir ki, əl işi qolbaq, boyunbağı və muncuq satmaqla dolanmağa çalışan aktrisa vaxtilə dəbdəbəli həyat tərzi ilə göz önündə olub.

Onun populyarılığı 1967-ci ildə 14 yaşında olarkən “milliyet” qəzetinin təşkil etdiyi gözəllik yarışmasında birinci olması ilə başlayıb.

Ayaqlarının gözılliyi ilə diqqət çəkən və “xanım ayaq” ləqəbi ilə tanınan Örümcer bir müddət modelliklə məşğul olub.

Həmin vaxtlar populyar müğənni Berkantla 1 illik sevgi münasibətləri dillərə düşən Serpil onunla evlənmişdi.

Aktrisa boşanmağa qərar verəndə qızı Fulyaya hamilə idi. Cütlüyün ayrılmasına səbəb isə Berkantın alkoqolik olması idi.

Daha sonra müğənniliyə başlayan sənətçi albom və vallar buraxıb.

1969-cu ildə İzmir Fuarında ən çox qonorar alan sənətçi məhz S.Örümcer olmuşdu. Hətta o qədər məşhurlaşmışdı ki, onun ayaqqabısından içki içənlər belə vardı.

Polis olan ikinci həyat yoldaşı isə müğənninin sərvətində gözü olduğu üçün evlilikdən sonra dərhal istefa verib. Sənətçi Cengiz Kartalla bir il davam edən evliliyinin sonunda əlindəki hər şeyi satmışdı:

“İkinci dəfə 1989-cu ildə evləndim. Onunla evləndikdən sonra rütbələrini atdı, məni uçuruma sürüklədi. Sən demə, pulumda gözü var imiş.  Mülklərim əlimdən çıxdı. O da xərçəngdən öldü. Heç kimin ahı yerdə qalmır”.

S.Örümcer üçüncü dəfə isə biznesmen Hasan Ölüklə evlənib. Müğənni daha sonra iş adamının 4 qeyri-rəsmi arvadı və 11 övladı olduğunu öyrənib.Aktrisa biznesmenlə evliliyi boyu şiddətə məruz qalıb və məhkəmələrdə sürünüb. O üçüncü həyat yoldaşından çətinliklə ayrıla bilib.Həmin dövrün bir çox məşhurları kimi Örümcer də pulunu düzgün dəyərlənirə bilməyib.Aktrisa həyatının növbəti mərhələsində zibilikdə yatıb və topladığı kağızları sataraq dolanıb. Üstəlik, həmin dövrdə ona dəri xərçəngi diaqnozu qoyulmuşdu.2010-cu ildə acınacaqlı durumu ilə gündəmə gələn sənətçinin evi televiziya verilişi vasitəsilə yenilənib.

Daha əvvəl dolanışığını təmin etmək üçün köhnə fotolarını satışa çıxaran aktrisa bu günlərdə İstanbulda bijuteriya satır. 72 yaşlı sənətçi küçə ticarətinə icazə verilməməsinə görə, satışla məşğul ola bilməməsindən gileylənir.

Latest Posts

Don't Miss