Siyəzəndə itkin düşən gəncin axtarışları davam edir.
Belə ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
Atası Kamal Məlikovun sözlərinə görə, oğlu sentyabrın 6-da itkin düşüb:
“Çay kənarında ayaq izlərinə rastladıq. Sonuncu dəfə orada çimərkən görüblər. Mən işdə olmuşam, telefonla zəng etdim, cavab vermədi. Maaş kartımdan pul göndərmişdim ki, borcu varsa versin. Kartdan-karta pul göndərmişdi, dedi ki, oyunda uduzmuşam”.
Qeyd edək ki, Mahmud Məlikov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsidir.
Ətraflı Baku TV-nin süjetində: