Xaçmaz rayonunun Xudat şəhərində azyaşlının anası tərəfindən döyülərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı polisə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Belə ki, tibbi ekspertiza təyin edilib.
Ana sağlamlığı ilə əlaqədar ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.
Azyaşlı nənə və babasının himayəsinə verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə şəhərin Əbilov küçəsində qeydə alınıb. Qusar rayon sakini, yeddi yaşlı Z.C qızının ailəsi ilə birlikdə kirayə qaldıqları evdə anası Səyyarə Qayıbova tərəfindən döyüldüyü iddia olunur.
“Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü”.
Bu sözləri APA TV-yə açıqlaması zamanı Xaçmaz rayonunun Xudat şəhərinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra deyib.
Belə ki, anası ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisə nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlının vəziyyəti kafi olaraq qiymətləndirilir.
Daha ətraflı videomaterialda: