Gündəm

Bərdədə itkin düşən 15 yaşlı qızın meyiti GÖRÜN NECƏ TAPILDI

Bərdədə yeniyetmə qızın meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 2009-cu il təvəllüdlü qızın meyiti kənd ərazisində torpağa basdırılmış halda aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Meyiti tapılan yeniyetmənin iki gün əvvəl itkin düşdüyü deyilir.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.

Back to top button