Gündəm

ŞOK: Toy sahibi Şəbnəm Tovuzlu ilə əl-qolla danışdı – Müğənni onu hədələyib TOYU TƏRK ETDİ – VİDEO

Məhərrəmlik ayı başa çatar-çatmaz Şəbnəm Tovuzlu ilk toyundaca böyük qalmaqal yaşayıb.

Titul.az-ın əldə etdiyi kadrlardan da aydın görünür ki, qadın müğənni özünü “toy sahibi” kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başlayıb.

Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək, sözügedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəflər sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə “Sənin həyat yoldaşın yazıqdır”, – ifadəsi ilə odun üstünə “benzin töküb”.

Əsəbləri soyumayan Ş.Tovuzlu mahnını yarımçıq saxladıb, mikrafonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr (restoranı tərk edərkən əli ilə “sənin ağzını cırdıraram” işarəsini edib – red) işlədərək restoranı tərk edib.

Bu da sözügedən qalmaqal videosu:

Back to top button