Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
showaz.net xəbər verir ki, o, “Əldən getdi” adlı yeni şeirini sosial şəbəkdə paylaşıb.
Ətraflı
Şeri olduğu kimi təqdim edirik:
Əldən getdi
Kimin üçün isə
Həmişə özümü qorumuşam
Kimə görə isə
Həmişə onu soyutmuşam
Qorxutmuşam
Qovrulmuşam
Ancaq onu qorumuşam
Ona görə onu qorumuşam ki,
Gözəlliyim əldən getsin
Bir də gördüm
Qorumağa dəyməz artıq
Çünki hər şey əldən getdi.
Getdi, getdi, Nə qaldı ki, bu həyatda?
Kimlər getdi, kimlər qaldı
Kimlər yatdı, kimlər baxdı
Kimlər qaçdı, kimlər satdıKimlər yedi, kimlər acdı
Kimlər basdı, kimlər asdı
Kimlər aldı, kimlər verdi
Kimlər çaldı mən oyandım
Kimlər yazdı mən oxudum
Kimlər gəldi mən qaçdım
Kimlər gəldi mən satdım
Kimlər gəldi mən verdim
Kimlər gəldi mən yatdım
Satdım gözəlliklərimi
Alanlara
Verdim gözəliklərimi
Yatanlara
Tökdüm gözəlliklərimi
Yananlara
Sonsünlər, sonsünlər
Yanmasınlar.
Qorumağa dəyməz artıq
Gözəlliyim əldən getdi
Gözəlliyim əldən getdi.