Wednesday, December 4, 2024

ən son paylaşılan

Tanınmış azərbaycanlı hotel otağında ölü tapıldı – həyat yoldaşı…

Azərbaycan vətəndaşı Mahir Məmmədov Kuşadasıdakı otel otağında ölü tapılıb.

News24.az xəbər verir ki, onun ölümünün dəqiq səbəbi ekspertizadan sonra məlum olacaq.

Hadisə saat 13.30 radələrində Kadınlar Dənizi rayonunda yerləşən 5 ulduzlu oteldə baş verib.

Əldə edilən məlumata görə, 50 yaşlı Mahir Məmmədov 3 gün əvvəl həyat yoldaşı Kemalə Məmmədova və oğlu ilə birlikdə Kuşadasına istirahətə gəlib. Məmmədov bu gün səhər yeməyini yedikdən sonra ailəsi ilə birlikdə dincəlmək üçün otağa gedib.

Bir müddət sonra şəhərin mərkəzinə gəzmək üçün gedən Kəmalə Məmmədova və oğlu geri qayıdanda Mahir Məmmədovu yerdə hərəkətsiz vəziyyətdə görüblər. Xəbərdarlığın ardından otelə 112 Təcili Tibbi Yardım və polis qrupları sövq edilib. Həkimlər briqadasının müayinəsindən sonra Mahir Məmmədovun öldüyü müəyyən edilib. Mahir Məmmədovun ölümünün dəqiq səbəbi İzmir Ədliyyə Tibb Morqunda aparılacaq yarılmadan sonra məlum olacaq.//musavat

Ən son paylaşılan

ən çox oxunan