Gündəm

Azərbaycanda DƏHŞƏT: Tanınmış həkim evində öldürüldü

Zaqatalada dəhşətli cinayət törədilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan News24.az-a bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

***

Zaqatalada dəhşətli qətl törədilib.

News4.az lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində rayon mərkəzində qeydə alınıb.

Rayonun tanınmış həkimi Tarıyel Əhmədov evində qətlə yetirilib.

Əlavə məlumat veriləcək.

Back to top button