Cəmiyyət

24 avqust saat 23:59-dan etibarən… – Əhalinin DİQQƏTİNƏ!

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri davam edir.

Bu barədə Gundem.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.Belə ki, 24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2024-cü il, 13-15 sentyabr tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə göstərdikləri anlayış üçün təşəkkür edir.  (Sfera.az)

Back to top button