Şou- biznes

Aysun ona yazılan pis şərhlərə görün necə CAVAB VERDİ – FOTO

Yeni ana olan müğənni Aysun İsmayılova sosial şəbəkədə ona yazılan pis şərhlərə cavab verib.
Moderator.az publika.az-a istinadən xəbər verir ki, ailəsi ilə fotolarını paylaşan Aysun bu sözləri qeyd edib:
“Rəylərinizi uşaqdan vaxt tapdıqca oxuyuram. Hər birinizə gözəl dualarınız, xoş sözləriniz üçün çox təşəkkür edirəm. Allah hər ailəyə bu sevinci yaşatsın.
Gələk mənfi rəy yazanlara… İnanın, yazdıqlarınızı oxuyanda ailəmlə sizi lağa qoyub, gülürük. Qayınanam, qayınatamla çox maraqlanırsız. Onlar şou-biznes adamı deyil ki, çəkim göstərim. Çox ağır tebiətli ve bəlli bir yaşa çatmış insanlardılar. Narahatsız ki, xəstəxanada niyə yox idilər? Əslində gözümü açanda ilk qayınanamı gördüm. Maşallah, münasibətimiz çox gözəldir. Siz bizə görə narahat olmayın. Bizim çox güclü, sevgi dolu ve özünə hörmət edən ailəmiz var. Şükür ki, bu cür hörmətli mədəni ailənin gəlini ve şıltaq qızlarıyam”.
Qeyd edək ki, vəkil Ramil Vəliyevlə evli olan ifaçının Sevgi adlı qız övladı doğulub.
Back to top button