Sizə məhşur aktyorun hec kəs tərəfindən tanınmayan bacısının həyat hekayəsini təqdim edirik.
Nuridə Qasımovanın dediyində görə onun anası Nurcahan xanım 1993 – cü ildə Rauf Məhərrəmovla aliə həyatı qurub .
Bu nigahdan onların bir qız övladı dünyaya gəlib. Qiz övladının adını Nuridə qoyublar. Nuridənin 4 yaşı olanda atası ilə anası ayrılıb. Ayrılıqdan sonra Nuridə anası ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köcüb orada yaşayıblar. On iki ildən sonra Bakıya qayıdanda artıq vəziyyətin başqa cür oldugunu soyləyən Nuridə xanım, ata nənəsinin məsləhəti ilə atası Rauf bəyin digər xanımından olan oglu və qızı ilə tanış olduqlarını söyləyir.
Həmin günləri danışarkən Nuridə xanım qardaşına olan həsrətini gizlədə bilmir, xatirələrini yad etdikcə kövrəlir.
Bildirib ki, indi Nicat ondan küsüb, yaxına qoymur:
“Çox peşmanam, üzr istəmişəm, bağışlamağını xahiş etmişəm. Amma Nicat barışmır mənimlə”.
Nuridə Qasımova yalnızlıqdan yoruldugunu, 7 yaşlı oğlunun isə dayıya ehtiyacı oldugunu, dayısını televizordan izləyərək nə zaman dayısı ilə görüşəcəyini soruşdugunu söyləyir.
Bizim.Media-ya özəl danışan Nuridə xanım bir çox mətləblərə aydınlıq da gətirib.
Bacısının durumu, arzusu ilə bağlı Nicat Rəhimova fikrilərimiz çatdırmaq üçün onunla əlaqə saxlamağa çalışdıq. Amma aktyorla heç cür əlaqə yarada bilmədik. Məsələ ilə bağlı Bizim.Media olaraq Nicat Rəhimovun da fikirlərini öyrənməyə hazırıq.