Şou- biznes

Telefon oğurlayan azərbaycanlı aparıcı kimdir? ŞOK AÇIQLAMA – VİDEO

Aparıcı Çinarə Əliyeva “Nigar xanım” verilişində açıqlaması ilə diqqət çəkib.

Showaz.net teleqraf.com-a istinadən bildirir ki, aparıcı bu sözləri deyib:

“Əvvəl televiziyada çalışanda aparıcılardan biriylə söz-söhbətimiz oldu. Sonra haqqımda xoşagəlməz sözlər demişdi. Mən onunla yollarımı ayırdım. Hətta telefonuma qədər oğurlamışdı ki, nəsə tapsın. Ona görə də mənim çimərlik geyimində heç yerdə şəkilim yoxdur. İki həftədən sonra telefonumu qaytardı ki, ayaqqabının içindən tapıb.

Üç ildən sonra məndən hallalıq istədi. Ayrı-ayrı verilişlərdə işləyirdik. Mənə belə pislik etmişdi. Bu telefon söhbətindən sonra bir dəfə də ad günündə olduq. Orada da ən yaxın rəfiqəmin telefonunu oğurlamışdı. Mən ad günündən tez çıxmışdım, işim var idi, elə düşünüb ki, çölə çıxmışam, rəfiqəmin telefonunu mənimki hesab edib. Artıq o zaman hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Hadisədən üç ay sonra telefon tapılmışdı. O demişdi ki, elə bildim Çinarənin telefonudur”.

Back to top button