Gündəm

“Qarabağ”ın play-off qazancı bəlli oldu – ŞOK MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” Bolqarıstanın “Ludoqorets” kollektivini üstələyib və mərhələ adlayıb.

<p “=”” style=”box-sizing: border-box; margin-bottom: 15px; line-height: 1.6; font-family: SourceSansPro, “Segoe UI”, sans-serif; color: rgb(51, 51, 51); font-size: 18px;”>Metbuat.az xəbər verir ki, ilk oyunda Bakıda 1:2 hesabı ilə məğlub olan “Qarabağ”ın səfər matçının əsas hissəsi 2:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda daha 4 dəfə rəqib qapısına yol tapan “Qarabağ” 7:2 hesablı fantastik qələbə ilə Çempionlar Liqasının play-off mərhələsinə adını yazdırıb.<p “=”” style=”box-sizing: border-box; margin-bottom: 15px; line-height: 1.6; font-family: SourceSansPro, “Segoe UI”, sans-serif; color: rgb(51, 51, 51); font-size: 18px;”>UEFA-nın rəsmi saytında yer alan məlumata görə, Çempionlar Liqasının play-off mərhələsində iştirak edən hər bir klub 5 milyon avroya yaxın məbləğ qazanacaq. Qrup mərhələsində iştirak hüququ qazanan klublar isə 15,6 milyon avroya sahib çıxacaq.

Qeyd edək ki, “Qarabağ”ın bu mərhələdə rəqibi “Dinamo Zaqreb” olacaq.

Seyranə Quliyeva / Metbuat.az

Back to top button