Gündəm

Məşhur aparıcıdan QALMAQALLI SÖZLƏR: “Pulsuz kişini sevə bilmərəm” – “O kişinin namusuna şübhə edərəm” / VİDEO

Məşhur aparıcı Lətafət Ələkbərova RTV-də yayımlanan “Könüllü danış” verilişinə qonaq olub. 

Referans.az xəbər verir ki, aparıcı şəxsi həyatı ilə bağlı bir çox sualları verilişdə cavablandırıb. Onun sözlərinə görə, bir dönəm evlilik həyatını sonlandırdığı üçün peşman olub. Lakin bunun səbəbi nə övladını atasız qalması, nə də ailəsinin dağılması deyil. O düşünür ki, boşanmaqla keçmiş həyat yoldaşına azadlıq verdiyi üçün peşmandır.

Həmçinin o qeyd edib ki, pulu olmayan kişi ilə ailə həyatı qura bilməz. Yoldaşı olan şəxs maddi olaraq onun istəklərini qarşılaya bilməlidir.

Daha ətraflı video-materialda::

Back to top button