Gündəm

“Qarabağ”ın oyununda BU MƏŞHURA GÖRƏ stadionda İZDİHAM YAŞANDI – FOTOLAR

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Showaz.net Titul.az-a istinadla xəbər verir ki, Ağdam klubu Bolqarıstan “Ludoqorets”i ilə evdə qarşılaşır. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun “Ludoqorets”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Bolqarıstanda olacaq.

“Qarabağ” – “Ludoqorets” cütünün qalibi ÇL-in pley-off mərhələsində Zaqreb “Dinamo”su (Xorvatiya) ilə üz-üzə gələcək.

Cütün məğlubu isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək və burada “Petrokub” (Moldova) – TNS (Uels) duelinin qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, stadionda matçı izləmək üçün gələnlər arasında bir çox məşhur simalar var idi. Onlar arasında meyxanaçı Balaəlinin adını xüsusilə qeyd edə bilərik. Çünki tribunada onu görən azarkeşlər meyxanaçı ilə şəkil çəkdirmək, ona yaxınlaşmaq üçün böyük izdiham yaradıblar.

Back to top button