Gündəm

“Rusiyada ofsiantın aldığı pul burada musiqiçiyə verilən puldan çoxdur” – Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızı Arb televiziyasında yayımlanan “Nigar xanım” verilişində açıqlaması ilə diqqət çəkib.

Showaz.net xəbər verir ki, Afət Fərmanqızı ad çəkmədən həmkarlarından şikayət edib: “Bilmirəm həmkarlarım məndən nə istəyirlər? Afətin bəla tərəfi var. Ad çəkmirəm, Rusiyada oturmuşam, öz iş-gücümdəyəm”.

İfaçı Rusiyaya köçməsinin də səbəbini açıqlayıb: “Bakıdakı qalmaqallardan qaçmadım. Rusiyada mənə böyük bir tələbat var idi. Əslində, mən çoxdan getmək istəyirdim. Hər bir müğənni Rusiya toy bazarına qatılmaq arzu edib. Bir-iki nəfər konsertlərdən gəlir əldə edə bilər. Rusiyada toy mərasimlərindən qazanc əldə etmək yaxşıdır.

Rusiyada ofsiantın aldığı pul burada musiqiçiyə verilən puldan çoxdur. Moskvada yarım saatlıq toy mərasimində çıxışım 4000-5000 manatdır. Orada şabaş da çox verilir, 5000 manat…”(Teleqraf.com)

Back to top button