Blog

Avqust onların ayı olacaq – Bu ayın ən şanslı 2 BÜRCÜ

Bürclər insan həyatında vacib dəyişikliklərin baş verməsini təmin edən ünsürlərdən biridir. Astroloqların fikrincə kainatın hərəkəti bizim həyatımıza yön verir.

Avqust ayının gəlişi ilə birlikdə əlinə çoxlu pul gələcək, şans üzünə güləcək 2 bürc astroloqlar tərəfindən xüsusi vurğulanıb.

Bizimshow.az baku.ws-ə istinadən sözügedən 2 zodiak nümayəndəsini təqdim edir:

Qız

23 avqust – 23 sentyabr tarixləri arasında doğulan və torpaq elementinə sahib olan şəxslər Qız bürcüdür. Qızlar adətən çalışqan, uğur qazanmaq üçün əlindən gələni edən insanlar kimi tanınırlar.

Qız bürcləri səliqə-səhmana ciddi əhəmiyyət verir. Bu zodiakın nümayəndələrinin üzü avqustda bəxt sarıdan güləcək. Vacib yerdən iş təklifi alacağı gözlənilən Qızları çoxlu pul gözləyir.

Buğa

20 aprel – 20 may tarixləri arasında doğulan və torpaq elementinə sahib olan şəxslər Buğa bürcüdür. Buğa bürcləri ümumi xüsusiyyətlərinə görə, həyatı rahat yaşayan və mədələrinə düşkün insanlardır.

Buğa bürcləri lüks yaşamağı sevir və həyat tərzlərinə mühim əhəmiyyət verir.

Son dövrlərdə borc içində üzən Buğalar avqustda bir xeyli rahatlayacaqlar. Külli miqdarda pul Buğaları xilas edəcək.

Back to top button