Hadisə

Əri tərəfindən öldürülən qadının son istəyi nə olub? – Ucardakı dəhşətli qətlin TƏFƏRRÜATI

Ucarda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Milli.Az APA TV-yə istinadən bildirir ki,  kənd sakini, 1979-cı il təvəllüdlü Kamil Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1993-ci il təvəllüdlü Rəvanə İsmayılovaya bıçaqla çoxsaylı bıçaq xəsarəti yetirərək onu öldürüb.

“Rəvanə mənə dedi ki, “su gətir”. Mətbəxə çatanda onun qışqırıq səslərini eşitdim. Beş ildir ki bu ailədə gəlinəm, Rəvanə həmişə yoldaşı tərəfindən döyülürdü” – deyə Şəfəq İsmayılova bildirib.

Qeyd edək ki, R. İsmayılova Kamil Qarayevin üçüncü həyat yoldaşı olub. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Kamil Qarayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.

————-

2024.07.28

Bu gün saat 15 radələrində Ucar rayonunun Qazyan kənd sakini, 1993-cü il təvəllüdlü Rəvanə İsmayılovaya kəsici alətlə xəsarətlər yetirilməsi nəticəsində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən R.İsmayılovanın həyat yoldaşı, 1979-cu il təvəllüdlü Kamil Qarayev saxlanılıb.

Araşdırmalar aparılır.

Back to top button