Gündəm

Xalq artisti baltanı haradan alıbmış? – YENİ DETALLAR

Xalq artisti Ağadadaş Ağayevlə bağlı baş verən insidentin bəzi təfərrüatları məlum olub.

Showaz.net lent.az-a istinadən bildirir ki, hadisə “MedEra” klinikasında baş verib.

Xalq artisti Ağadadaş Ağayev “MedEra” klinikasının yerləşdiyi şəhərcikdə yaşayır.

Onkoloji xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün eyvana çıxaraq klinikadan yardım istəyib.

Mühafiçəçi isə onu klinikaya dəvət edib. Bu zaman əsəbiləşən A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb.

Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.

Daxil olan şikayət əsasında polisdə araşdırmalara başlanıb.

A.Ağayevin ifadə vermək üçün polisə çağırıldığı bildirilir.

Faktla bağlı hələlik cinayət işi açılmasa da, hadisədə xuliqanlıq hərəkətlərinin olduğu və gələcəkdə bu maddə ilə cinayət işinin başlanacağı da istisna edilmir.

TƏBİB-dən Lent.az-a bildirilib ki, hadisə ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə, eləcə də TƏBİB-in tabeliyində tibb müəsissələrinə müraciət daxil olmayıb.

Back to top button