Gündəm

Utanmırsınız, altmış yaşında bir kişini döyməkmi olar?! – Əli Mirəliyev Ağadadaş Ağayev haqqında – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalının mühafizəçisinin əlbəyaxa davası müzakirələrə səbəb olub.
 
Kamera görüntülərindən belə məlum olur ki, müğənninin balta atdığı mühafizəçi yumruq zərbələri endirərək yerə onu yıxır və zərbələr endirməyə davam edir.
Məsələylə bağlı Bakupost.az -a danışan müğənni Əli Mirəliyev baş vermiş hadisəyə görə təəssüfləndiyini, sənət adamının küçənin ortasında döyülməsinin yolverilməz olduğunu bildirib:
“Ağadadaşı niyə döyüblər, bilmirəm. Bunu hüquq-mühafizə orqanları araşdırıb, tədbir görəcəklər. Amma küçənin ortasında altmış yaşlı sənətçini döymək yolverilməzdir. O boyda Ağadadaş Ağayevi mühafizəçi küçədə döyür, bəs ətrafdakılar hara baxır? Altmış yaşında bir kişini, Xalq artistini, gözəl müğənnini, xalqın içindən çıxmış insanı küçədə bu formada döyməkmi olar? Utanmırsınız? Niyə axı ona hörmət etmirsiniz?”
Back to top button