Hadisə

Gənc oğlan evi ələ keçirmək üçün ata-anasına GÖRÜN NƏ ETDİ –Ağlasığmaz HADİSƏ

Rusiyada gənc oğlan mənzilə sahib olmaq üçün ata-anasını zəhərləyib. 

Showaz.net Azpost.info-ya istinadla bildirir ki, Moskva yaxınlığındakı Balaşixa sakini 6 ay ərzində valideynlərinin yeməyinə zəhər qataraq onları zəhərləyib.

25 yaşlı Artyom Missyura bu ilin yanvarından valideynlərinin yeməyinə zəhər qatmağa başlayıb. Bir müddə sonra ata və ana özünü pis hiss etməyə başlayıb. Onlar həkimlərə müraciət ediblər. Həkimlər bu vəziyyətin səbəbini müəyyən edə bilməyiblər. Bundan sonra valideynlər polisə müraciət etməli olublar.

Evdə məhsullara baxış keçirilib, bu zaman ərazqlarda zəhər aşkar edilib. Bundan sonra evdə gizli kamera quraşdırılıb. Görüntülərdə Artyomun qidaya təhlükəli kimyəvi maddələr qatdığını və zəhərli məhsullar gətirdiyi üzə çıxıb. O, bu yolla mənzili ələ keçirmək istəyib. Oğlan saxlanılıb və dindirmə zamanı o, hər şeyi etiraf edib.

Back to top button