Maraqlı

General Qurban Qurbanova “zerkalnıy” nömrə hədiyyə etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanova jest edib.

O, Ağdam klubunun çalışdırıcısına «77-QQ-777» seriyalı dövlət nömrə nişanı bağışlayıb.

Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. «Qarabağ»ı xüsusən diqqət mərkəzində saxlayır.

Öncəki illərdə «Turan Tovuz»a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, «köhlən atlar»ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.SPORTİNFO.AZ

Back to top button