Saturday, November 23, 2024

Latest Posts

Sürətli avtomobillər nə qədər yanacaq sərf edir?

Şəhərin küçələrində müxtəlif 2 qapılı, kiçik ölçülü, sürətli avtomobillərlə qarşılaşırıq.

Əksər hallarda “bu avtomobillər, görəsən, nə qədər yanacaq sərf edir?” sualını veririk. Bu məqaləmizdə məhz Lamborghini, Ferrari, Ford Mustang kimi avtomobillərin yanacaq sərfiyyatı barədə yazmışıq. Məlumatlar zavod məlumatları və digər istifadəçi məlumatlarına əsaslanaraq yazılıb.

Ferrari F458 F142

Ferrari F458 F142

Yanacaq sərfiyyatı 120 km/saat sürətlə 100 km üçün 20-30 litr olduğu bildirilir. Zavod məlumatlarında bu göstərici xeyli aşağıdır. 0-40 km/saat sürətlə isə 15 litrdən çox yanacaq sərf edir.

Lamborghini Aventador 6.5

Lamborghini Aventador 6.5

770 at gücünə malikdir. Məlumatlara görə avtomobil 100 km üçün 17-27 litr yanacaq sərf edir.

Lamborghini Huracan

Lamborghini Huracan

Lamborghini Huracan 580 at gücünə malikdir. Əldə etdiyimiz məlumata görə 100 km üçün avtomobilin yanacaq sərfiyyatı 18 litrdən yüksəkdir.

Bugatti Chiron 8.0 W16

Bugatti Chiron 8.0 W16

1500 at gücünə malik olan bu avtomobilin yanacaq sərfiyyatı 100 km üçün 19-33 litr təşkil edir.

Ford Mustang Convertible 5.0 Ti-VCT V8 GT

Ford Mustang Convertible 5.0 Ti VCT V8 GT

Bu avtomobil də 421 at gücünə malikdir. Yanacaq sərfiyyatı isə 100 km üçün 22 litrə qədər yüksələ bilir. Daha yüksək də ola bilər.

Ümumiyyətlə, qeyd edək ki, avtomobillərin yanacaq sərfiyyatı onun hərəkət sürətindən, yolların rahatlığından, tıxaclardan, sürücünün idarəetməsindən və s. amillərdən asılı olaraq dəyişə bilir.

Latest Posts

Don't Miss