Gündəm

“2040-cı ildə ölülər fiziki olaraq diriləcək, insanın…” – Kahindən QƏRİBƏ PROQNOZ

“Texnologiya kahini” kimi tanınan futurist Rey Kurzveylin yeni açıqlaması gündəm olub. 

Showaz.net bildirir ki, o, dünyanın 2030-cu ildən sonra ölümsüzlük dövrünə qədəm qoyacağını deyib. Kurzveyl fikirlərini bu cür izah edib: “İlk növbədə ölülər diriləcək. Yəni dünyasını dəyişən şəxslər süni intellekt texnologiyası sayəsində əvvəlcə insanı təqlid edən simulyasiyalar şəklində, daha sonra fiziki olaraq diriləcəklər. 2040-cı illərə qədər insanın surətini çıxarmaq mümkün olacaq. İnsanlar indikindən milyon dəfə daha ağıllı olacaqlar. Belə ki, biz səviyyəli süni intellekt və İlon Maskın “Neuralink” kimi beyin çipləri ilə “zəkanın beşinci dövrünə” daxil olmaq üzrəyik. Bu, 2029-cu ildən sonrakı illərə təsadüf edir”.

Kahinin sözlərinə görə, 2030-cu ilə qədər süni intellektli bioloji simulyatorlar klinik sınaqları illərlə deyil, saatlarla aparacaq: “Həyat daha ucuz və asan olacaq. Yəni texnologiya gündəlik həyatda inqilabi dəyişikliklərə səbəb olacaq, robotlar bina hissələri istehsal edən 3D printerlərin köməyi ilə inanılmaz sürətlə göydələnlər inşa edə biləcək, günəş enerjisinin qiyməti azalacaq, mədən xammalının xərcləri aşağı düşəcək”. 

Qeyd edək ki, kompüter alimi və keçmiş Google mühəndisi olan Rey Kurzveyl 2002-ci ildən indiyə qədər verdiyi dəqiq texnoloji proqnozları ilə tanınır. O, əvvəllər “iPhone” dövrünü proqnozlaşdırmış və 1998-ci ilə qədər kompüterin şahmat kimi oyunlarda insanı məğlub edəcəyini bildirmişdi. (sfera.az)

Back to top button