Hadisə

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər – Ərzaq mağazası, gözəllik salonu…

Bakıda metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında, kənd Əhmədlinin girişində yanğın olub.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, təndirxanadan başlayan yanğın bitişik olan ərzaq mağazasını və gözəllik salonunu da tamamilə külə döndərib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Back to top button