Paytaxtın Yasamal rayonu ərazisində ictimai asayişi pozan şəxs həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl gecə saat 2 radələrində Moskva prospektində qadın geyimində olan kişinin yolun hərəkət hissəsinə çıxaraq avtomobillərin hərəkətinə mane olması, ucadan səs-küy salması müəyyən edilib.
Ərazidəki polis əməkdaşlarının tələbinə tabe olmayan həmin şəxs sərxoş halda müqavimət göstərib. Daha sonra saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə aparılan şəxsin 1976-cı il təvəllüdlü S.M. olması müəyyən edilib. Ekspertiza onun sərxoş olduğu barədə rəy verib.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə S.M.-a 8 sutka həbs cəzası verilib. / Oxu.az