Şou- biznes

Əməkdar artist evini təmir edən ustaları polisə verəcək- Görün nə üstə

Əməkdar artist Ruhəngiz Allahverdiyeva qonaq olduğu proqramlardan birində evini təmir edən ustaları polisə verəcəyini deyib.

 

Lent.az-ın xəbərinə görə, müğənni həmin ustaları hədələyib.

 

 

“Yeni aldığım evimi təmir edib, pis günə qoyan ustalar bu əməllərinə görə cavab verəcəklər. Hələ mənim başım qarışıqdır. Dəyən ziyanı bir-bir yazıb o ustaları şikayət edəcəyəm”.

 

O bildirib ki, ustaların buraxdığı səhvlərə görə evini ikinci dəfə təmir edəcək:

 

“Hamam otağı ikinci dəfə sökülüb yenidən təmir olunmalıdır. Qəpik-qəpik pul yığıram, evimin təmirinə yenidən başlayıram”.

Back to top button