Saturday, November 23, 2024

Latest Posts

Talıb Tale toyuna gəlməyən həmkarlarından görün nələr danışdı

Müğənni Talıb Tale “Rəngarəng səhər” verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Talıb Tale toy mərasiminə gəlməyən həmkarlarından danışıb:

 

“Toyuma dəvət etdiyim, lakin gəlməyən həmkarlarım oldu. Amma o da az idi. Gəlməyənlər də öz nəmərlərini göndərdilər. Toyum həftənin şənbə günü oldu. Mənim özüm də çox zaman olub ki, vaxt azlığına görə dəvət aldığım məclislərə gedə bilməmişəm, nəmər göndərmişəm. Bu kimi məqamları anlayışla qarşılayıram. Qətiyyən inciklik olmur.

Özüm istəmədim ki, toyumda çox insan iştirak etsin. Dost-tanış, qohum-əqrəba çoxdur. Hələ elə qohumlar da oldu ki, onları məclisdə yerləşdirə bilmədim. İstəmədim bu gün “salam” verdiyim şəxsi sabah toy mərasimimə çağırım. Toyuma ən çox nəmər salan isə qohumlarımdan olan bir şəxs idi. O, iki mindən çox nəmər salmışdı”.

Qeyd edək ki, Talıb Tale Bahar adlı xanımla ailə qurub.

Latest Posts

Don't Miss