Həmişə qeyri-adi geyimləri, fərqli imici və açıqlamaları ilə diqqət mərkəzində olan stilist Samiraldo (Samir Əliyev) bu dəfə izləyicilərini təəccübləndirib.
Showaz.net Yenisabah.az-a istinadən xəbər verir ki, o, çimərlik mövsümünü açaraq dənizə baş vurub.
Çimərlikdən görüntülərini paylaşan Samiraldonun görüntüsünü izləyicilər birmənalı qarşılamayıb.
Bəzi sosial şəbəkə istifadəçiləri açıq-saçıq paylaşıma görə, stilisti tənqid atəşinə tutub.