Maraqlı

Həmişə yorğunsunuzsa, bu xəbəri MÜTLƏQ oxuyun!

Gündə 7-8 saat yatsanız da, yorğun oyanırsınız, gün ərzində özünüzü çox zəif hiss edirsiniz, ən sadə fiziki fəaliyyətdə zəifləyirsiniz?
Referans.az xəbər verir ki, cavabınız “Bəli”dirsə, “Xroniki Yorğunluq Sindromu” qapınızı döyə bilər.
Acıbadem Fulya Xəstəxanasından Dr. Aynur Ketene yorğunluq sindromundan xilas olmaq üçün aşağıdakı təklifləri sadalayıb:
Ağdəniz pəhrizinə əməl edin:
Yorğunluğun mənbəyini tam olaraq müəyyən etmək mümkün deyilsə, həzm sisteminə baxmaq və buna görə də pəhrizi yaxşılaşdırmaq lazımdır. Pəhrizinizi Ağdəniz pəhrizinə uyğun təşkil edin, yəni təzə mövsümi tərəvəz və meyvələr, paxlalılar, keyfiyyətli zülallar ( ət , balıq , yumurta), omeqa 3 ilə zəngin bişmiş balıqlar və zeytun yağı kimi sağlam yağlar.
Hazır qidalardan uzaq durun:
Özünüzü toksinlərdən qorumaq üçün hazır, qatqılı, qablaşdırılmış, işlənmiş karbohidratlar və şəkər olan qidalardan, bol duz və yağ olan çips, kraker, biskvit kimi qəlyanaltılardan uzaq durun.
Keyfiyyətli yuxu yatın:
Ən azı 8 saat keyfiyyətli yuxu almalısınız. Çünki yuxu zamanı ifraz olunan melatonin orqanizmi təmizləyən və dincəlmiş oyanmağımıza kömək edən güclü antioksidant hormondur.
Mütləq idman edin:
Endorfin hormonu idmanla ifraz olunur və endorfin təbii ağrıkəsici kimi fəaliyyət göstərir. Buna görə də hər gün ən azı 30 dəqiqə gəzintiyə çıxdığınızdan əmin olun. Mümkün olduqda yerə basaraq mənfi ionları əldə edin.
Siqaret və spirtdən çəkinin:
Alkoqol və siqaretdən uzaq durun. Kimyəvi yuyucu vasitələr, flüorlu diş pastası və ətir kimi kosmetik vasitələrdən mümkün qədər uzaq durun. “D vitaminini sintez etmək üçün günorta saatlarında günəş vannası qəbul edin və bağırsaq sağlamlığınıza diqqət edin”.
Back to top button