Saturday, November 23, 2024

Latest Posts

Bu qəhvə görün nədən hazırlanırmış… FOTO

Kopi luwak dünyada ən az istehsal edilən və ən bahalı qəhvədir. İndoneziyanın Sumatra adasında və ətrafdakı bir neçə adada yaşayan xurma miskinin yeyib sonra nəcis etdiyi qəhvə dənələrindən hazırlanır. Heyvan nəcisindən çıxan qəhvə dənələri əvvəlcə yığılır, dezinfeksiya edilir, qovrulur və sonra qablaşdırılır. Java, Bali, Şərqi Timor və Filippin də kopi luwak qəhvəsinin istehsal olunduğu yerlərdir. Qəhvə həvəskarlarının diqqətini çəkən bu qəhvə digər qəhvələr kimi acı deyil. 2-ci və 3-cü içkidən sonra şokolad dadı verdiyi deyilir.

Kopi Luwak Qəhvəsinin Xüsusiyyətləri Nələrdir?
  • Bu kofeni digər qəhvələrdən fərqləndirən cəhətlerdən biri onun tərkibində daha az bakteriya olmasıdır
  • Qəhvənin mədədə fermentasiya prosesi və sonradan diqqətli şəkildə dezinfeksiya edilməsi bakteriyaların azalmasında təsirli olur
  • Bu qəhvənin istehsal yeri yalnız bir yerdədir
  • Kopi luwak qəhvəsini istehlak edənlərin əksəriyyəti qəhvənin qabını açarkən qoxusundan və ilk qurtumda verdiyi ətirdən kifayət qədər razıdır
  • Misk pişiklərinin vəhşi təbiətdən uzaqda qidalanması və müəyyən bir nizam içində olması qəhvə dənələrinin daha keyfiyyətli olmasını təmin etdiyi düşünülür.

Latest Posts

Don't Miss