Müğənni Manaf Ağayev qadın həmkarı Vəfa Şərifovanın ona qarşı etdiyi jestdən söz açıb.
Showaz.net bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişinə danışıb.
M.Ağayev bildirib ki, V.Şərifova onun gecə saatlarında yarandığı problemini həll edib: “Bir müddət əvvəl gecə saat 03:00-da problemim yarandı. Gördüm ki, Vəfadan mənə zəng gəlir. O həmin saatda mənim əlimdən tutdu. Elə bir hərəkət etdi ki, kişi eləmədiyi bir hərəkət. Mən isə belə şeylərə çox həssas və diqqətciləm. Çünki özüm də əl tutan insanam. Söhbəti yox, həmin dəqiqə mənim problemim öz həllini tapdı. Gecə ilə qaytarıldı, verildi… Elə bilirəm ki, o verilən hədiyyədir. Biri mənə hansısa köməyi edəndə elə bilirəm ki, onu mənə pay kimi verdi. Mən də işlərimi o payla gördüm”.