Aparıcı Rövşanə Ağasəfqızının Özbəkistandan paylaşdığı fotolar müzakirə yaradıb.
Məscidin qarşısında şəkillər çəkdirən Ağasəfqızının pozaları bəyənilməyib. Bir izləyici “Hər şey əla. Kaş, məscidin qarşısında elə poza verməzdiniz”, – deyə, şərh yazıb. Ağəsəfqızı isə posta bu sözləri qeyd edib:
“Tarixin bir parçasındasan… 15-ci əsrin tən ortasında… Daş-divar, hava, torpaq tarixin vərəqləri… Oxumaqla deyilmiş yalnız, həm də toxunmaqla keçmişə dönmək olurmuş… Hər daşa toxunuş, bir insan ruhu duyma hissi yaşatdı mənə sanki… Burada daşlar da, canlıdır”. (olay.az)