Pərvin Abıyeva “Rəngarəng səhər” verilişində qonaq olub.
Titul.az xəbər verir ki, cazibədar aktrisa bildirib ki, son layihələrdə yer almamasının səbəbi qonorarla bağlıdır.
Sənətçi Azərbaycanda film sahəsinin inkişaf etməməsindən gileylənib:
“Adım heç bir serial və filmlərdə indi yoxdur. Çünki gələn təkliflərdən imtina edirəm. Burada tək faktor verilən qonorar deyil. Ssenari də mənim üçün çox vacib məsələdir. Yeni gələn aktrisa deyiləm ki… Çəkilmək və görsənmək naminə hansısa ekran işinə “Hə” deyə bilmərəm. Hələ qurd ürəyi yeyib mənə filmə və ya seriala çəkilmək üçün aylığıma 500 manat qonorar təklif edən olmayıb. Günlük 500 manata çəkilmişəm. Yenicə başlayanda olub. Belə ki, bu sənətə gələndə üç seriala çəkilmişəm, onu da təcrübə üçün etmişəm. Çünki mənim bu sahə ilə bağlı təhsilim yox idi, peşəkar aktyordan dərs də almamışdım. Məni kəşf edib sadəcə kameranın önünə atmışdırlar ki, oyna.
Aktyorların ən böyük səhvi odur ki, özlərinə layiqli dəyəri və qiyməti qoymurlar. Günü 50 və 100 manata çəkilən aktyorlar var. Ona görə bu da təsir edir. Aktrisalığı atmamışam. Gözəl iş, ssenari və yaxşı pul, qonorar istəyirəm”.