Azərbaycan mənşəli rusiyalı aktrisa Səbinə Əhmədovanın Moskva Mədəniyyət İdarəsinin keçmiş rəhbəri Sergey Kapkovla münasibətdə olduğu iddia edilib.
Showaz.net axşam.az-a istinadən xəbər verir ki, 42 yaşlı aktrisa 48 yaşlı Kaplovla Moskvada baş tutan “Böyük ildırım: Oyun” filminin premyerasına qatılıb. Cütlük filmin sonunu gözləmədən qol-qola oradan ayrılıb. İkili “super.ru”nun obyektivinə tuş gəlib.
Qeyd edək ki, Səbinə Gülbala qızı Əhmədova 1981-ci ildə Bakıda anadan olub. Atası yarı yəhudi, yarı azərbaycanlıdır. Anası ermənidir.
O, 2017-ci ildə erməni milyarder, “Rosqostrax” şirkətlər qrupunun prezidenti, Danil Xaçaturova ərə getməyə hazırlaşsa da, toy baş tutmayıb. Həmin vaxt Xaçaturovun sərvəti “Forbes”in hesablamalarında 2 milyard dollara yaxın idi.
Kaplov isə iki dəfə evli olub, 3 övladı var.