Sunday, November 24, 2024

Latest Posts

Bloger ədəbsiz geyimdə alış-veriş etdiyinə görə həbs edildi – FOTOLAR

Fitnes-bloqqer Manael əl-Otaibi uyğunsuz adlandırılan geyimdə alış-verişə getdiyi üçün 11 il həbs edilib. Qızın cəzası yanvar ayında elan edilsə də, bu işin təfərrüatları indi məlum olub. 

Showaz.net Sfera.az-a istinadla bildirir ki, Sudiyyə rəsmiləri bu yaxınlarda məhkəmənin qərarı ilə bağlı BMT-nin sorğusuna cavab verərək, Manael əl-Otaibinin ifadə azadlığı məsələsi ilə heç bir əlaqəsi olmayan cinayətə görə həbs edildiyini iddia edib.

Londonda (Böyük Britaniya) yerləşən “Amnesty International” və “Al Qst” hüquq müdafiə təşkilatlarının nümayəndələri bu izahatı tənqid ediblər.

Onların fikrincə, bloqqer geyim seçimi və sosial şəbəkələrdə “kişi qəyyumluğunu ləğv et” həştəqi qoyduğu yazılara görə problemlə üzləşib. İnternetdə yayımlanan videolardan birində abaya (uzun xalat) olmadan alış-verişə gedən qızı görmək olar. Bu, yəqin ki, təxribat kimi qəbul edilib.

Əl-Otaibinin mühakimə olunduğu antiterror qanunu BMT tərəfindən müxalif fikirlərlə mübarizə üçün çox geniş alət kimi qiymətləndirilir.

“Manaelin 11 il həbs cəzasına məhkum edilməsi dəhşətli və qəddar ədalətsizlikdir. Bu hökmlə Səudiyyə hakimiyyəti son illərdə qadın hüquqları sahəsində çox açıqlanan islahatların mənasızlığını ifşa etdi və müxalif fikirləri yatırmağa sadiq olduqlarını nümayiş etdirdilər”- “Amnesty” təşkilatından Beynəlxalq koordinator. Bissan Fakih bildirib.

Səudiyyə Ərəbistanı öz növbəsində BMT-yə göndərdiyi məktubda nüfuzlu insan haqları təşkilatlarının bütün ittihamlarını rədd edib.

Latest Posts

Don't Miss