Aparıcı və prodüser Tarix Əliyev (Tolik) növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Showaz.net bizim.media-ya istinadən bildirir ki, Tolik aparıcısı olduğu “Tarixin bir günü” verilişində bir çox ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edən müğənniləri sərt şəkildə tənqid edib.
“Mən bir məqamı başa düşə bilmirəm. Bu ölkədə ziyalılarımız, ailə espertlərimiz, pedaqoqlarımız yoxdur ki, onların əvəzinə müğənnilər verilişlərdə espert kimi çıxış edir?
Bu qədər dünya görmüş insanlar var, onlar qalıb bir yanda, müğənnilər ekspert olublar. Evdə qazan yuya, döşəmə süpürə bilməyən müğənni çıxır efirə ailə dəyərlərindən xalqa məsləhət verir. Ərindən xəbəri yoxdur… Əri müğənni arvadının aldığı avtomobillərlə Bakıda gəzir, özü isə Rusiyada başqa kişilərlə saunadan çıxıb hotelə girir. Bakıya gələndə isə olur ailə esperti… Namus və qeyrət espertidir. Ona “namus ağacı” əkəcəyəm. Nə baş verir? İllərdir ki, kitab oxuyan ibtidai sinif müəllimləri qalıb kənarda, müğənnilər və aktrisalar olub efirdə eskpert”, – deyə Tolik od püskürüb.