“Fars və ərəb dilini çox gözəl bilirəm”.
Showaz.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı “Duz-istiot” verilişində deyib.
O, illər öncə Birləşmiş Ərəb Əmirliklərində çalışdığını deyib: “Mən 3 il Ərəbistanda işləmişəm. Müqavilə imzalayıb getmişdim. Ərəbistanın 7 şəhəri məni pulla almışdı. Məsələn, 3 ay Küveytdə oxuyurdum, 3 ay Bəhreyndə, 3 ay Kenyada, 3 ay qətərdə. Orada diskolarda ərəb dilində oxuyurdum. Heç məni türk qızlarına oxşatmırdılar. Deyirdilər Mərakeş qızlarına oxşayıram”.