Sosial şəbəkələrdə cəmiyyətə qarşı açıqca hörmətsizlik və qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi.
Showaz.net xəbər verir ki, məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, daha əvvəl 1998-ci il təvəllüdlü, sosial şəbəkələrdə “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov da 30 sutka inzibati qaydada həbs edilmişdi.
Tiktokda Ləman saxlanılıb.
Milli.az bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə Tiktokda “Ləman41” adı ilə tanınan Ləman Vəliyeva saxlanılıb. Buna səbəb isə eynidir. Canlı yayınlar zamanı, milli adət-ənənəyə, etik normalara uyğun olmayan davranış qaydaları.