Küveytin milli hava yolu şirkəti “Kuwait Airways”də skandal olay yaşanıb.
Xəbərdə Kuwait Airwaysin stüardessa qəbul etmək üçün verdiyi iş elanına çoxsaylı xanımların reaksiya verdiyi qeyd edilib.
İspaniya mətbuatına açıqlama verən stüardessalar paytaxt Madriddəki dördulduzlu Melia Barajas otelində işə götürmə şirkəti Meccti tərəfindən təşkil edilən müsahibələr zamanı az qala çılpaq soyunduqlarını açıqlayıb.
Qəzetə danışan 23 yaşlı Bianka deyib: “İngilis dilini mükəmməl bilən qadın cəmi 37 yaşı olduğu üçün işə götürülməyib. 7 dil bilən daha bir qadın isə qaşında çapıq olması səbəbi ilə qəbul edilməyib”.
Bianka müsahibələri bir qrup kişinin apardığını deyib:
“Müsahibəyə ilk girən qız ağlayaraq çıxdı. O bildirib ki, paltarını soyunmağa məcbur ediblər. Yalnız alt paltarı qalıb. Müsahibəyə daxil olan digər qadınlar da eyni şeyi dedilər.
Onlar məndən də çapıq və ya döyməmin olub-olmadığını soruşdular, sonra ətəyimi çıxarmağı xahiş etdilər. Ətəyimi dizdən bir az yuxarı qaldırdım. Amma daha da qaldırıb qısa tumanımın səviyyəsinə qədər çəkdilər. Onlar sviterimi büstqalterimin səviyyəsinə qədər çəkdilər. Bu vəziyyətdə bədənimin hər bir hissəsini müayinə etdilər. Çox narahat olduğumu dilə gətirdim. Məndən ağzımı açmağımı istədilər və içəri baxdılar, özümü it kimi hiss etdim. Dişlərimə baxandan sonra “Bu işləyəcək” dedilər. Mən çox utandım”.
Hava yolundan verilən açıqlamada isə qeyd edilib ki, şirkətimiz beş ildir ki, bölgədəki digər şirkətlər tərəfindən də istifadə edilən üçüncü bir şirkətlə işləyir. Belə ittihamlar əvvəllər heç vaxt səslənməmişdi. (teleqeraf.com)