Müğənni Sima Nəsirova canlı yayımda şok açıqlamalar verib.
“Xəbərin var?” verilişində qonaq olan ifaçı tanınmış və məşhur həmkarının əli ilə sevgilisi tərəfindən yollarının bağlandığını, verilişlərə çıxmasının qarşısının alındığını dilə gətirib.
Müğənni ad çəkməsə də, belə davam edəcəyi təqdirdə hər şeyi açıqlayacağını bildirib və qarşı tərəfə ultimatum yollayıb.
Onun sözlərinə görə, həmin müğənninin sevgilisi telekanallardan birində yüksək vəzifədədir. (yenisabah.az)