ARB TV-də yayımlanan “Ona qalsa” verilişində qonaq olan müğənni Afət Fərmanqızı oğlunu evləndirmək istədiyini deyib.
Qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən sənətçi oğluna “Instagram”ı olmayan qız alacağını söyləyib:
“Oğlum mənə deyir ki, sənin zövqünlə evlənsəm, müharibə başlayacaq, mənim işimə qarışma. Deyirəm ki, gedək kəndimizdən kasıb bir ailənin başıaşağı bir qızı var, onu alaq, heç nəyi də lazım deyil.
Səni çox istəsin, nəvələrim olsun, bizim çayımızı, yeməyimizi versin, bəsdir. Çox gözüaçıq, “Instagram”ı olan qız istəmirəm. Biz müğənniyik, bizə “Instagram” olar”.
Qeyd edək ki, müğənni A.Fərmanqızı oğlunun Avropada yaşayıb, oranın ən bahalı ali məktəblərinin birində təhsil aldığını bildirmişdi.