Monday, November 25, 2024

Latest Posts

“Xoşuna gəlməyən müğənninin işini burmağa nə var” – Manaf Ağayev 

Müğənni Manaf Ağayev maraqlı açıqlama verib.

Showaz.net-in lent.az-a istinadən xəbərinə görə, müğənni şou proqramlardan birində toylara gedən müğənnilərin başqa müğənnilərin işini asanlıqla axsada biləcəyini deyib.

“Tutaq ki, getmisən toy danışmağa, deyirlər filan müğənnini də çağırmaq istəyirəm. Əgər o müğənni sənin xoşuna gəlmirsə, öz istədiyini təklif eləyirsən. Toyda müğənninin işini burmağa nə var. Bu biznes elə bunun üstündə qurulub. Mahiyyəti budur”, – o bildirib.

Bir neçə gün öncə müğənni Nura Suri həmkarı Xəyyam Nisanovun başqa müğənnilərin işini axsatdığını, başqalarının toy bazarına müdaxilə etdiyini demişdi.

Latest Posts

Don't Miss