Şou-biznes

Efirdə qalmaqal: “Əgər o efirə gəlsə, mən…”

“Gəl danış” verilişin növbəti buraxılışında maraqlı anlar yaşanıb.

Showaz.net bakıvaxtı.az-a istinadən xəbər verir ki, əvvəlcə proqramda qonaq olan meyxanaçı Samirə Yusifqızı üçün efirə kiminsə gələcəyi bildirilib. Bundan xəbər tutan Yusifqızı öz iradını bildirib və verilişə kiminsə gələcəyi təqdirdə, studiyanı tərk edəcəyini deyib:

“Əgər bura kimsə gələcəksə, xahiş edirəm ki, gəlməsin. Əgər o gəlsə, mən durub gedəcəm və Amil, bizim dostluğumuz bitəcək. İstəmirəm, gəlsə, çıxacam”.

Samirənin bu sözlərindən sonra proqramın aparıcısı Amil Xəlil onunla razılaşıb və şəxsiyyəti məlum olmayan şəxs studiyaya daxil olmayıb.

Back to top button