“Oğlum Adili evləndirib, gəlini evə gətirdim. Bundan sonra 3 ay onlarla yaşamadım. Onlara ara-sıra baş çəkirdim ki, bilim evdə neynirlər. Gəlinin mənə olan əzizləməyini gördüm. Bundan sonra qərar verdim ki, tez-tez onlara baş çəkəcəyəm. Yalandan deyirdim ki, səhər efirə gedəcəyəm, amma tezdən gəlirdim gəlinimgilə. Ona nəyin necə olmasını və necə edilməli olduğunu öyrədirdim. Beləcə onu başa salırdım”.
Showaz.net “Bizim.Media”ya istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva qonaq olduğu “Söhbət var” verilişində deyib.
Sənətçi gəlini Gülnar ilə münasibətlərindən söz açıb. Xatun bildirib ki, o gəlininə öz doğma qızı kimi yanaşır:
“Gəlinim məni çox gözəl anlayır. İnsanın içində bir ifritə, bir də ki mələk tərəfi olur. O mənim mələk tərəfimi tapıb, ora ilə “işləyir”. Hamı deyirdi ki, Xatun gəlinlə necə yola gedəcək? Bilmirdim niyə belə deyirdilər… Şər atırdılar mənə… Mən belə insanam? Gəlinim iki qardaşın bir bacısıdır. O oğlum Adillə Bakı Dövlət Universitetində bir oxuyublar. Yəni o qız valideyinlərinin “gül balası”dır. Bir anlıq fikirləşdim ki, gəlinim mənim “uşağımdır”. Yəni mənim qızımdır. Necə öz qızımla davranmalı idimsə onunla da belə davranmalıyam. O da öz yerini bilir. Arada elə şeylər olur ki, mən evdə səsimi də ucalda bilərəm. Amma bu normaldır. Burada nə var ki?”
Qeyd edək ki, Xatunun oğlu Adil 2022-ci ildə Gülnar adlı xanımla ailə qurub.